Yeni Zelandiyanın cənub adasında 5.3 bal gücündə zəlzələ baş verib.
Arazmedia.az xəbər verir ki, “GeoNet”in məlumatına görə, 5.3 bal gücündə zəlzələ yerli vaxtla saat 14:55-də Cənub adasındakı Fransız keçidindən 80 kilometr şimalda qeydə alınıb.
Zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.