İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi publik hüquqi şəxs yaradılıb.
Arazmedia.az xəbər verir ki, bu, Prezident İlham Əlyevin bu gün imzaladığı “Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərmanda əksini tapıb. Fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi publik hüquqi şəxs yaradılıb.