Xalq artisti, məşhur xanənədə Arif Babayev xəstəxanaya yerləşdirilib.
Bu barədə Xalq artisti Mənsum İbrahimov məlumat verib. Muğam ifaçısının sözlərinə görə, Arif Babayev səhhətində yaranan narahatlığa görə bu gün Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib:
“Hazırda Arif bəy həkim nəzarəti altındadır. Vəziyyəti stabildir”.