Milli Məclisin iclasında deputat Fazil Mustafa Bakıda yaranan tıxac problemindən danışıb.
Arazmedia.az-ın məlumatına görə, F.Mustafa bildirib ki, Bakı yollarında vəziyyət acınacaqlı hala gəlib.
“Bu gün deputat da, tələbə də, iş adamları da tıxaclarda qalır. Bu məsələ həll edilməlidir. Yol polisi də tıxacların əlində yesir qalıb, nəqliyyatın hərəkətini nizamlamağa çalışır”, – deyə F.Mustafa əlavə edib.