Türkiyədə iki dəfə zəlzələ qeydə alınıb.
Bu barədə Arazmedia.az DHA-ya istinadən xəbər verir.
Məlumata görə, yeraltı təkanlar Vanda qeydə alınıb.
Tuşba rayonunda dünən baş verən zəlzələ 3,4 maqnitudada olub. Zəlzələ ocağı 7,1 kilometr dərinlikdə yerləşib.
Qeyd edilir ki, ilk təkanlardan bir neçə dəqiqə sonra Tuşbada 3,5 maqnitudada ikinci zəlzələ olub. Zəlzələ ocağı 6,9 kilometr dərinlikdə yerləşib.
Dağıntı və ya tələfat qeydə alınmayıb.