Futbol üzrə Azərbaycan millisi bu gün 2022-ci il dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Arazmedia.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv A qrupundakı 6-cı matçında İrlandiya yığmasını qəbul edəcək. Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Görüşü Norveçdən olan FIFA referisi Espen Eskas idarə edəcək.
Oyun öncəsi Azərbaycan millisində yeganə itki Bəhlul Mustafazadədir. “Qarabağ”ın müdafiəçisi zədəli olduğu üçün heyətdən çıxarılıb. Qonaqlarda isə Rayan Menninq, Dara O Şi, Şeymus Koulman zədə, Ceyson Molumbi və Alan Braun isə cəza səbəbindən matçı buraxacaqlar.
Bu komandalar arasında Dublində baş tutan ilk oyun 1:1 hesabı ilə yekunlaşıb. Hazırda 1 xalı olan Azərbaycan millisi sonuncu pillədə qərarlaşıb. İrlandiya seçməsi isə 2 xalla 4-cüdür.
DÇ-2022, seçmə mərhələ
VII tur
A qrupu
20:00. Azərbaycan – İrlandiya
Hakimlər: Espen Eskas, Kim Tomas Haqlund, Oystein İtterland, Kay Erik Stin (Norveç)
Bakı Olimpiya Stadionu.