Ötən gün Yaponiyanın paytaxtı Tokio yaxınlığında 5,9 bal gücündə zəlzələ baş verib.
Arazmedia.az xəbər verir ki, təbii fəlakət nəticəsində ölənlərin sayı 52-yə çatıb.
Zərərçəkənlərin əksəriyyəti sarsıntı zamanı yıxıldıqları üçün yüngül xəsarətlər alıb. Lakin bəzi insanlar mebel və digər ağır avadanlıqların altında qalaraq ağır zədə alıblar.
Bildirilib ki, seysmoloqlar daha güclü zəlzələlər haqqında xəbərdarlıq edir.