Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində xidmət göstərən dövlət orqanlarının fəaliyyətinin təşkilinə dair Əlaqələndirmə Komissiyası yaradılıb.
Arazmedia.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində xidmət göstərən dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin təşkilinə dair aşağıdakı tərkibdə Əlaqələndirmə Komissiyası yaradılıb.
Komissiyanın sədri
Azərbaycan Respublikasının əmək və əhalinin sosial
müdafiəsi naziri
Komissiyanın üzvləri:
Azərbaycan Respublikası müdafiə nazirinin müavini
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi
nazirinin müavini
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidməti rəisinin birinci müavini
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti
sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin
İdarə Heyəti sədrinin birinci müavini
Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini
Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının
birinci müavini
Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti başçısının
birinci müavini
Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini
Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini
Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini
Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini
Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini
Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini
Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini
Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini
Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini
Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini.
Komissiyaya tapşırılıb ki, vahid əlaqələndirmə mərkəzlərində xidmət göstərən dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsini həyata keçirsin.