“O vaxt biz haqlı olaraq Aprel döyüşlərindəki qələbəni Ordumuzun şanlı qələbəsi kimi qeyd edirdik və bizim qayıdışımızın da başlanğıcı məhz o vaxt olmuşdur”.
Arazmedia.az xəbər verir ki, bu fikri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.
Dövlətimizin başçısı deyib ki, o vaxt belə fikirlər səslənirdi: torpaqlar azad olunarsa, məcburi köçkünlər qayıdacaq, qayıtmayacaq, onların bir çoxları, onların uşaqları, nəvələri o yerləri görməyiblər. Sonra dedilər ki, onların hamısı qayıtmaq istəyir: “Bu, məni çox sevindirdi. Bu, bir daha göstərdi ki, xalqımız nə qədər böyük xalqdır”.