DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Deputat növbəti dəfə Şəhidləri andı – FOTOLAR

1 dəqiqəyə oxunur

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin üzvləri Aydın Hüseynov və Səbinə Xasayeva bu gün Ağdərə və Füzuli uğrunda gedən döyüşlərdə şəhid olmuş Məmmədov Pərviz Ələddin oğlunun və Məmmədov Ramal Məmməd oğlunun Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında yerləşən məzarlarını ziyarət etmiş, üzərinə çələng və gül dəstələri qoymuşlar.

Arazmedia.az xəbər verir ki, rayon rəhbərliyi şəhidlərin Lökbatan və Qobustan qəsəbəsində təşkil olunmuş il mərasimlərinə qatılmış, onların ailə üzvlərinə və doğmalarına baş çəkmiş, şəhidlərin əziz xatirələrini ehtiramla yad etmişlər.