Erməni tapdağındaz azad edilən Şuşada canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi ehtiramla yad olunub.
Arazmedia.az xəbər verir ki, ölkəmizin bütün ərazisində, o cümlədən Şuşada sentyabrın 27-də saat 12:00-da bir dəqiqəlik sükut elan edilib. İnsanlar şəhid əsgər və zabitlərimizin ruhu qarşısında baş əyib, onların xatirəsini bir dəqiqəlik sükutla anıblar.