Bakıdakı Heydər məscidində 27 sentyabr – Anım Günü münasibətilə mərasim keçirilib.
Arazmedia.az xəbər verir ki, məsciddə namaz qılınıb, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunub, dini ayinlər icra olunub, ölkəmizdə və bütövlükdə dünyada əbədi sülhün bərqərar olması üçün dualar edilib.