Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun adı dəyişdirilib.
Arazmedia.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, institut bundan sonra Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu adlandırılacaq.