17 yaşadək futbolçulardan Azərbaycan millisinin Belarusun müvafiq yığması ilə keçirməli olduğu yoldaşlıq oyunları ləğv edilib.
Arazmedia.az milli assosiasiyanın rəsmi saytına (AFFA) istinadən xəbər verir ki, buna Bakıya səfər ərəfəsində rəqib komandanın heyətində bir neçə futbolçunun COVID-19 testinin pozitiv çıxması səbəb olub.
Qeyd edək ki, matçlar 24 və 27 sentyabrda gerçəkləşməli idi.