Avstraliyanın Viktoriya əyalətində 5.8 bal gücündə zəlzələ baş verib.
Arazmedia.az xəbər verir ki, Avstraliya Geologiya Elmləri tərəfindən edilən şərhdə, zəlzələnin episentrinin Melburndan 180 kilometr aralıda yerləşən Mansfield qəsəbəsində olduğu qeyd edilib.
Zəlzələ Viktoriya əyalətində, Yeni Cənubi Uels, Cənubi Avstraliya və Avstraliyanın Paytaxt Ərazisində hiss edilib.
Zəlzələ nəticəsində xəsarət alan və tələfat olmasa da, bəzi binalara ziyan dəyib.