Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva valideynlərin paytaxt məktəblərinin həyətlərinə belə buraxılmaması məsələsinə münasibət bildirib.
Arazmedia.az xəbər verir ki, İdarənin müdiri jurnalistlərə açıqlamasında valideynlərin bu məsələyə anlayışla yanaşmalarını tövsiyə edib
O qeyd edib ki, valideynlər təhsilin bir parçasıdır: “Valideynlər də bu prosesə anlayışlı yanaşmalıdır. Əgər sıxlıq və problem yaranırsa, onların məktəbdən kənarda dayanması daha yaxşıdır. Məktəbin daxilinə isə yalnız COVID-19 pasportu ilə daxil olmaq mümkündür. Mənə elə gəlir ki, belə məqamda valideynlər övladlarının sağlamlığı üçün çalışmalıdır ki, sıxlıq prosesi tənzimlənə bilsin”.