Sentyabrın 19-da gözlənilən hava şəraiti açqıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21° isti, gündüz 25-28° isti, Bakıda gecə 18-20° isti, gündüz 25-27° isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 %, gündüz 40-45 %olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər dağlarda duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-21° isti, gündüz 29-34° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.