DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Bakının işğaldan azad olunmasının 103-cü ildönümü ilə bağlı yürüş başladı

1 dəqiqəyə oxunur

Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü ilə bağlı paytaxtda yürüş başlayıb.

Arazmedia.az xəbər verir ki, üç hissədən ibarət olan yürüşün 2-ci marşrutu Səməd Vurğun bağından başlayıb.

Yürüşdə hərbi orkestrin müşaiyəti ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 150 nəfər şəxsi heyəti iştirak edir.

Yürüş 28 May küçəsi – Bülbül prospekti, Neftçilər prospekti və Azadlıq meydanı istiqamətində davam edəcək.

Qeyd edək ki, Bakının azad olunmasının 103 illiyi münasibətilə keçirilən yürüşlə bağlı paytaxtın bir neçə istiqamətdə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb.

Birinci marşrut Şəhidlər xiyabanı – Türk şəhid abidəsini önü, Mehdi Hüseyn küçəsi, Lermontov, Niyazi, Qoşa Qala Qapısı, Əziz Əliyev, Neftçilər prospekti, Bəhram Gur heykəli, 2-ci marşurut üzrə S,Vurğun bağı – 28 may küçəsi – Bülbül prospekti – Neftçilər prospekti – Azadlıq meydanı istiqamətində hərəkət məhdudlaşdırılıb.