DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Sabah Bakının bu küçələrində hərəkət məhdudlaşdırılacaq

1 dəqiqəyə oxunur

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi Bakının erməni-bolşevik işğalından azad olunmasının 103-cü ildönümü ilə əlaqədar olaraq vətəndaşlara müraciət edib.

“15 sentyabr 2021-ci il tarixdə saat 09:00-da Bakının erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü münasibətilə hərbi orkestr və şəxsi heyərin şəhərin küçə və meydanlarında yürüşləri aşağıda göstərilən marşrutlar üzrə təşkil olunması nəzərdə tutulub.

DYP-dən  daxil olan müraciətdə deyilir:

1-ci marşrut: Şəhidlər xiyabanı – Türk Şəhidləri abidəsinin önü – İçərişəhər metrosu – İqtisadiyyat Universitetinin binası – Qala Qapısı – “AzNeft” dairəsi – Bəhram Gur heykəli

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 150 nəfər şəxsi heyətinin iştirakı ilə üç qutu olmaqla hər qoşun növünə aid bir qutu 50 nəfərdən ibarət Hərbi orkestr

2-ci marşrut -Səməd Vurğun bağı – 28 May küçəsi – Bülbül Prospekti -Neftcilər Prospekti – Azadlıq Meydanı;

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 150 nəfər şəxsi heyətinin iştirakı ilə üç qutu olmaqla qeyd olunan istiqamətlərdə vətəndaşların yola çıxmaması, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması və tədbir iştirakçılarının maneəsiz hərəkəti üçün zəruri sayda polis əməkdaşları ayrılmaqla müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi təmin ediləcək”.