Türkiyə ordusu Suriyada daha 4 PKK/YPG terrorçusunu zərərsizləşdirib. Arazmedia.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tviter səhifəsində məlumat verilib. Bildirilib ki, “Barış Pınarı” əməliyyatının keçirildiyi bölgədə hücuma cəhd edən 4 PKK/YPG terrorçusu zərərsizləşdirilib. Qeyd edək ki, bununla da bu gün Suriyanın şimalında zərərsizləşdirilmiş terrorçuların sayı 17-yə yüksəlib. Share