ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2021-ci ilin noyabr müqaviləsinin dəyəri 0,68% artaraq 1 barelə 72,12 dollar təşkil edib.
Arazmedia.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,73% artaraq 69 dollar təşkil edib.