Arazmedia.az xəbər verir ki, bu görüntülər Bakının ən zəngin, ən geniş rayonu olan, Qaradağ rayonunun Ələt qəsəbəsində qeydə alınıb.
Dövlətimiz koronavirusun qarşısını almaq məqsədi ilə ölkədə ciddi mübarizə apardığı bir dönəmdə, Ələt qəsəbəsində koronavirusun yayılması üçün “xüsusi işlər” görülür.
Məsələn, bu zibil qablarından məişət tullantıları ilə qidalanan inəklərin südünü, sakinlərə satırlar. Aydın məsələdir ki, ora tullantı atanların hamısı sağlam deyil.
Deməli, inəklər xəstə insanların əli dəymiş, tullantıları yeyib, südə çevirir və bu da nəyayət biz insanlara ötürülür.
Bu məsələnin bir tərəfi.
Digər tərəfdən Ələt boyda bir qəsəbənin zibil yığanları haradadır ki, zibil bu qədər yığılıb qalir?
Bəs bu işi görmək kimlərə tapşırılıb?
Nəzərə alsaq ki, versiyaya görə, Covid-19 virusu, məhz yarasanın almanı dişləməsindən, daha sonra insanın həmin almanı yeməsindən yayılıb, o zaman hökumət Ələtdəki zibilliklərlə bağlı, orada tullantı yeyən inəklərin əhaliyə içizdirilən südüylə bağlı ciddi önləyici tədbirlər görməlidir.
Başqa sözlə, əgər o zibilliklər olmasa, inəklər də orada “otlamaz”…
Hacıağa Qayıbov.