DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Fransa “Taliban”ı tanımaq üçün şərtlərini AÇIQLADI

1 dəqiqəyə oxunur

Fransa hökuməti “Taliban”ın Əfqanıstanın yeni idarəçiləri kimi tanınması üçün şərtlər irəli sürüb.

Arazmedia.az  “Xinhua” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin sözçüsü bazar ertəsi günü bildirib.

“Taliban”dan təkcə söz deyil, əməl gözləyirik. Bu mövzuda tərəfdaşlarımızla birlikdə mümkün olan ən böyük beynəlxalq konsensusu formalaşdırmağa çalışırıq”, – deyə Fransa XİN-dən açıqlama verilib. 

Qeyd edək ki, Fransanın Avropa və Xarici İşlər Naziri Jean-Yves Le Drian, “Taliban” hökumətinin tanınması üçün 5 şərt irəli sürmüşdü – bəzi əfqanların ölkəni tərk etməsinə icazə verən humanitar qanuna hörmət, terror hərəkətlərinə qarşı aydınlıq, hüquqlara, xüsusən də qadınlara hörmət, Əfqanıstan ərazisinə humanitar yardımın qəbul edilməsi və inklüziv hökumətin qurulması.