Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Əlil Təşkilatları İttifaqı (ƏTİ)-nın təşkilatçılığı ilə Azərbaycanda əlilliyi olan şəxslər üçün bərabər məşğulluq imkanlarının və işəgötürən təşkilatlarda inklüziv iş mühitinin yaradılmasının təşviqinə dair “Hamı üçün layiqli iş” layihəsi çərçivəsində bölgədə əlilliyi olan şəxslər və şirkət nümayəndələri üçün “Özəl şirkətlərdə əlilliyi olan şəxslərə müyəssər mühitin yaradılması ilə məşğulluğunun təmin olunmasına dəstək” mövzusunda təlimlərlər keçirilib .
Arazmedia.az xəbər verir ki, təlimlərdə əlilliyi olan şəxslərə əmək bazarına çıxış qaydaları, özəl şirkətlərə isə əlilliyi olan əxslərin işə götürülməsi, məşğulluğun təmin olunması qaydaları və tövhələri barədə məlumatlar verilib.Sonda əlilliyi olan şəxslərin peşə təhsilinə cəlb olunmasını təmin etmək üçün əməkdaşlıq məsələləri müzakirə olunub və bunun üçün Qəbələ Dövlət Peşə Təhsili Mərkəzi ilə Əlil Təşkilatları İttifaqı arasında Memorandumun bağlanması qərara alınıb.Qeyd edək ki, layihə Azərbaycan Əlil Təşkilatları İttifaqı (ƏTİ), “UNIVERSAL DIZAYN” Müyəssərlik və Əlillik Adaptasiya Avadanlıqları MMC-nin əməkdaşlığı və Finlandiya Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.