Danimarkanın Kopenhagen Universitetinin araşdırmaçıları Qrenlandiyaya səfər edən zaman təsadüfən dünyanın şimal qütbündəki ən ucqar adanı kəşf ediblər.
Arazmedia.az “Reuters”ə istinadən xəbər verir ki, onların yeni torpaq kəşf etmək məqsədləri yox idi.
Mütəxəssislər bildirib ki, ekspedisiya qrupu əvvəlcə quru sahəsinin 1978-ci ildə kəşf edilmiş ada olduğunu zənn ediblər. Lakin geolakasiya yoxlamasından sonra məlum olub ki, alimlər başqa quru sahəsi ərazisindədir.
Araşdırmaçılar onu “Ən ucqar şimal adası” mənasın verən “Kekertak Avannarlek” adlandırmağı təklif ediblər. Ada təxminən 30 metr enindədir. Onun dəniz səviyyəsindən hündürlüyü 3 metrə bərabərdir.