Azərbaycan UEFA reytinqində 1 pillə irəliləyib.
Arazmedia.az xəbər verir ki, buna “Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundakı qələbəsi səbəb olub.
Belə ki, Şotlandiyada “Aberdin” üzərində 3:1 hesablı qələbə Azərbaycanın hesabına 0.250 xal gətirib. Bununla da ölkəmizin cari mövsümdəki qazancı 2.125-ə çatıb.
Son 5 ilin göstəricilərinə əsasən, hazırda Azərbaycanın hesabında 14.750 reytinq xalı var. Bir pillə irəliləyən ölkəmiz 29-cu sırada qərarlaşıb. Azərbaycan siyahıda 14,500 xalı olan Sloveniyanı qabaqlayıb. Bizdən öndə isə 14.875 xalı olan Polşa qərarlaşıb.
Qeyd edək ki, siyahıya 88.069 xalı olan İngiltərə rəhbərlik edir. İspaniya 80.570 xalla ikinci, İtaliya isə 63.759 xalla üçüncüdür.