Çinin smartfon istehsalçısı “Xiaomi”, yeni məhsullarının adlarında “Mi” markasını istifadə etməyi dayandıracaq.
Arazmedia.az “XDA Developers”ə istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı şirkətin rəsmi nümayəndəsi məlumat verib.
Bildirilir ki, bu ilin üçüncü rübündən etibarən “Mi” məhsul xətti “Xiaomi” adına dəyişdiriləcək.
Şirkət iki ad altında smartfonlar istehsal edəcək – “Xiaomi” və “Redmi”. “Xiaomi” loqotipi altında lüks məhsullar, “Redmi” loqotipi ilə isə daha geniş kütləyə təqdim ediləcək məhsullar istehsal ediləcək.