Bakıda xəsarətlə nəticələnən daha bir yol qəzası baş verib. Arazmedia.az xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. Belə ki, 2017-ci il təvəllüdlü Məmmədova Əsnad Nicat qızı yaşadığı evin yanında oynayarkən ehtiyatsızlıqdan onu avtomobil vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır.(Report) Share