“Hazırda biz xəstələrin sayının öhdəsindən gələ bilirik”.
Arazmedia.az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.
“Amma bu o demək deyil ki, səhiyyə sistemi yük altına düşsə, biz məhdudiyyətlərə getməyəcəyik. Hiss etsək ki, xəstəxanalarda yerlər dolur, həkimlər çatdıra bilmir, həmin zaman məhdudlaşdırmalara gedilməsi müzakirə edilə bilər”.