DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Ədalətli hakim, Salyan polisinin ədalətsiz qərarını LƏĞV etdi-FAKT

2 dəqiqəyə oxunur

Bir neçə gün öncə Arazmedia.az xəbər portalında “Jurnalisti ölümlə təhdid edən qulduru Salyan polisi nə üçün müdafiə edir” başlıqlı yazı dərc etmişdik.

Bununla əlaqədar olaraq, DİN-nin Şirvan Bürosunun əməkdaşı, redaksiyamızı yalan məlumat yaymaqda suçlamış, dərhal cavab vermiş və şəxsi münasibətlər zəmnində bu yazını bəzi saytlarda dərc etdirmişdir.

Salyan polisi iddia edirdi ki, barəsində şikayət ounan Abdulla Səfərovun, jurnalist Aysel Məlikovanın və onun azyaşlı oğlu Nicatın (ad şərtidir) evlərinə hücum edərək, üzərlərinə bıçaq çıxarması, onları ölümlə təhdid etməsi xırda xuliqanlıqdır. Buna görə də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə, Salyan rayon Polis Şöbəsinin Təhqiqat Bölməsi materialı Salyan rayon Məhkəməsinə göndərmişdir.

İşin hallarını hərtərəfli araşdıran ədalətli hakim Ağarza Səmədov bu işin “xırda xuliqanlıq” olmadığı qənaətinə gəlmiş və işi ədalətli araşdırmaq üçün, təhqiqat bölməsinə geri qaytarmışdır.

Amma nə Salyan rayon Prokurorluğu, nə də Baş Prokurorluq bu işlə maraqlanmır.

Görünən odur ki, prokurorluq da Salyan Polis Şöbəsinin rəisinin “qərarını” dəstəkləyir, ona “hörmətlə” yanaşır.

Redaksiyamızın bunu deməyə əsası var. Çünki KiV Haqqında Azərbaycan Respublikasının Qanununa görə, Baş Prokurorluğun İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Günay xanıma, mobil nömrəsi vasitəsiylə məlumat vermişdik və onun da bu işdə hərəkətsizliyinin şahidi olduq.

Bəs görəsən, biz düşündüyümüz kimi deyilsə, qanunların icrasına nəzarət edən, polisin işinə birbaşa nəzarət edən prokurorluq nə üçün ölümə cəhd maddəsi ilə cinayət işinin başlanmasını tələb etmir?

Necə olur ki, karantin rejimini pozana cinayət işi açılır, bıçağı iki vətəndaşın-jurnalist və azyaşlının ürəyinə dirəyən şəxsə cinayət işi açılmır?

Məsələ layiqli həllini tapana kimi gündəmdə saxlayacağıq.

Arazmedia.az