Gürcüstanda son sutka ərzində daha 5 352 nəfərə koronavirus diaqnozu qoyulub, 2 635 nəfər müalicə olunaraq sağalıb, 48 pasiyent vəfat edib. Arazmedia.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib. Qonşu ölkədə indiyədək COVID-19 infeksiyasına 461 198 yoluxma faktı təsdiqlənib. Yoluxanların 409 110-u sağalıb, 6 230-u ölüb. Aktiv xəstə sayı 45 832 nəfərdir. Share