Gürcüstanda bir gün ərzində iki dəfə zəlzələ baş verib.
Arazmedia.az xəbər verir ki, bu barədə Gürcüstan Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Belə ki, yerli vaxtla saat 01:14 və 01:17-də Dmanisi rayonunun Sameba kəndi ərazisində zəlzələ qeydə alınıb.
Birinci qeydə alınan zəlzələnin maqnitudası 3,2, dərinliyi 9 km, ikinci zəlzələnin isə maqnitudası 3,1, dərinliyi 11 km olub.