Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb.
Arazmedia.az-ın məlumatına görə, 75 kq-da mübarizə aparan idmançı həlledici qarşılaşmada italiyalı Luici Busa ilə üz-üzə gəlib.
B qrupundakı son görüşündə Busaya uduzan Ağayev bu dəfə də rəqibi ilə bacarmayıb – 0:1. Beləliklə, 36 yaşlı karateçi gümüş medalla kifayətlənib.