Azərbaycanlı məşhurlar bir neçə gündür ki, yanğınlardan əziyyət çəkən Türkiyəyə dəstək nümayış etdirməkdə davam edirlər.
Arazmedia.az xəbər verir ki, bu dəfə sənətçi Üzeyir Mehdizadə qardaş ölkədə yanaraq, məhv olan meşələrin bərpası üçün 300 ağac fidanı bağışladığını açıqlayıb: “Məlum olduğu kim,i qardaş ölkə Türkiyəmizdə neçə gündür ki, yanğınlar davam edir. Buna görə hər birimiz çox üzgün və narahatıq. Türkiyəyə keçmiş olsun deyirik. Meşələrin bərpası üçün başladılan yardım kampaniyasına qoşularaq 300 ağac fidanı bağışladım”.
Üzeyir Mehdizadə digər həmkarlarını da bu kampaniyaya qoşulmağa çağırıb.
Xatırladaq ki, bundan əvvəl Xalq artisti Tünzalə Ağayeva, müğənni Zamiq Hüseynov, aparıcı Lalə Azərtaş Türkiyəyə dəstək kampaniyasına qoşularaq, hər biri 100 ağac fidan bağışlayıb.