“Muğladan və digər vilayətlərdən, Azərbaycandan gələn yanğın-xilasetmə heyətinin üzvləri yanğınların baş verdiyi hər yerdə işlərinə davam edirlər”.
Arazmedia.az-ın “Anadolu” Agentliyinin məlumatına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınları ilə bağlı açıqlaması zamanı deyib.
Onun sözlərinə görə, Türkiyədə təyyarə ilə bağlı problemlərin əsas səbəbi uzun illərdir bu vəzifəni yerinə yetirən Türkiyə Aviasiya Assosiasiyasının öz donanmasını və texnologiyasını yeniləyə bilməməsidir.
“Ukrayna, Rusiya, Azərbaycandan, son anda da İrandan gələn təyyarələrlə meşən yanğınlarının söndürülməsinə cəlb olunan təyyarələrin sayı artıb. PUA-lar vasitəsi ilə yanğının baş verdiyi ərazilər sürətlə təyin edilir, genişlənmədən lokallaşdırılır”.
Ərdoğan əlavə edib ki, Marmarisdə baş verən yanğınlardan birinə uşaqlar səbəb olub, Milasdakı yanğınla bağlı isə bir nəfər şübhəli şəxs qismində saxlanılıb.