Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca yanğının təsirinə məruz qalan 400 nəfərin xəstəxanadan evə buraxıldığını deyib.
Arazmedia.az Türkiyə KİV-nə istnadən xəbərinə görə, nazir Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində bu barədə bildirib.
Nazir Antalyanın Manavqat rayonunda baş verən yanğınlarda 410 nəfərin xəsarət aldığını, onlardan 400 nəfərinin müalicə edilərək xəstəxanadan evə buraxıldığını, 10 nəfərin isə müalicəsinin davam etdiyini vurğulayıb.