ABŞ admiralı Ceyms Stavridis və jurnalist Elliot Akermanın üçüncü dünya müharibəsinin nə zaman və necə başlayacağı haqqında kitabları diqqət çəkib.
Arazmedia.az xəbər verir ki, “2034: Növbəti dünya müharibəsi romanı” adlanan kitabda savaşın 2034-cü ildə başlayacağı bildirilib. Kitabda qeyd olunub ki, Üçüncü Dünya Müharibəsi 2034-cü ildə ABŞ hərbi gəmilərinin Cənubi Çin dənizinə girməsi ilə başlayacaq.
Bildirilib ki, sözügedən müharibəni qazanan tərəf isə Rusiya olacaq.
Qeyd edək ki, kitab ölkədə ciddi qəbul edilənlər siyahısında yer alıb.