Türkiyədə son sutkada yeni növ koronavirusa (COVID-19) yoluxma sayı 14 mini keçib.
Arazmedia.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 223 min 837 nəfər test edilib, onların 14 min 230-nun koronavirus testi pozitiv nəticə verib, 5 min 383 nəfər sağalıb, 55 nəfər COVİD-19-dan ölüb.
Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvəldə Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 66 milyon 142 min 804 peyvənd tətbiq edildiyi qeyd olunub.
Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün twitter səhifəsində infeksiyanın yayılması ilə əlaqədar xəbərdarlıq edərək bildirib ki, COVID-19-la mübarizə tədbirlərini aprtırmaq lazımdır: “Tədbirli olmasaq və peyyvənd etdirməsək, bu infeksiya ilə mübarizəmiz çox çəkə bilər” deyə nazir qeyd edib.