Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 60 nəfər həyatını itirib.
Arazmedia.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 219 min 528 nəfər test edilib, onların 11 min 94-nün koronavirus testi pozitiv nəticə verib, 5 min 215 nəfər sağalıb.
Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvəldə Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 645 milyon 50 min 204 peyvənd tətbiq edildiyi qeyd olunub.