İyulun 12-dən bugünədək transfer.edu.az portalı vasitəsi ilə həyata keçirilən elektron sənəd qəbulu zamanı ümumilikdə 932 müraciət qeydə alınıb.
Arazmedia.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. O qeyd edib ki, 932 nəfərdən nəfərdən 6-sı magistratura səviyyəsindən, 63-ü xaricdə yerləşən ali təhsil müəssisəsindən, 100-ü orta ixtisas təhsili müəssisəsindən, 763 nəfəri isə ölkə daxilində yerləşən ali təhsil müəssisəsindən köçürülən və ya ixtisası dəyişdirilən tələbələrdir.