Bu gün Bakının Xətai rayonunda yerləşən şəhid general, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adına yaradılan parkın açılışı olub.
Arazmedia.az xəbər verir ki, tədbirdə Xətai rayon icra hakimiyyətinin nümayəndələri, rayon ziyalıları, qazilər, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova və digər qonaqlar iştirak edib.
Parkda Polad Həşimov və digər 8 nəfər Vətən müharibəsi şəhidinin xatirəsini əks etdirən lövhə quraşdırılıb.