Tokio Olimpiadasında iştirak etmək üçün Yaponiyaya gələnlər arasında yoluxma sayı 79-a çatıb. Arazmedia.az xəbər verir ki, bu barədə Olimpiya Oyunlarının Təşkilat Komitəsinin saytı məlumat yayıb. Son sutka ərzində “Tokio-2020” çərçivəsində ölkəyə gələnlərdən daha səkkiz nəfərdə koronavirus aşkar edilib. Yoluxanlar arasında bir idmançının da olduğu, lakin onun Atletlər şəhərində yaşamadığı bildirilir. Share