“Sumqayıt” bu gün UEFA Konfrans Liqasında mübarizəyə başlayacaq.
Arazmedia.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçi olduğu komanda Serbiyada “Çukariçki”nin qonağı olacaq.
Belqraddakı “Çukariçki” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. Qarşılaşmanı isveçrəli hakim Fedayi San idarə edəcək. Matç azarkeşlərin iştirakı ilə oynanılacaq.
Bu, Azərbaycan klublarının Konfrans Liqasındakı ilk oyunu kimi də tarixə düşəcək. Premyer Liqanın bürünc mükafatçısı tarixində ikinci dəfə avrokubok matçına çıxır. “Gənclik şəhəri” təmsilçisi ötən mövsüm Avropa Liqasının I təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” komandasına 0:2 hesabı ilə uduzub. Təsnifat mərhələsi koronavirus pandemiyası səbəbindən bir görüşdən ibarət olub.