Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Arazmedia.az xəbər verir ki, Xırdalan şəhərində qeydə alınıb. Minik avtomobili avtobus dayanacağında dayanan 1963-cü il təvəllüdlü Həsənova Arzu Faiq qızını vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır.(report.az) Share