Bakının Nərimanov rayonunda yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 5 nəfər xəsarət alıb.
Arazmedia.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) bir hərbi qulluqçusu, iki polis əməkdaşı və iki vətəndaş (qadınlar) tüstüdən boğulma ilə xəstəxanaya çatdırılıb.
Onların vəziyyətləri qənaətbəxşdir, həyat təhlükəsi olmadığı bildirilir.
Nərimanov Rayon Polis İdarəsinin Post Patrul xidmətinin əməkdaşları FHN-in və digər aidiyyatı qurumların nümayəndələri ilə birlikdə bir sıra vətəndaşları xilas ediblər.(report)