Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan istefa verib.
Arazmedia.az xəbər verir ki, faktı Ermənistanın Müdafiə Nazirliyi təsdiqləyib.
V.Arutyunyanın artıq nazirliyin kollektivi ilə vidalaşdığı da qeyd olunur.
Xatırladaq ki, V.Arutyunyan 2020-ci ilin noyabrında müdafiə naziri təyin olunmuşdu.