Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə yenə bir vəzifəli şəxsi istefaya göndərib.
Arazmedia.az erməni KİV-ə istinadən xəbər verir ki, Paşinyanın qərarı ilə ölkənin Xarici İşlər Nazirliyinin Baş katibi Vaaqn Melikyan tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, Ermənistan XİN-in keçmiş rəhbəri Ara Ayvazyan mayın 27-si istefa vermişdi. Onun ardınca müavinləri də istefa verdiklərini elan etmişdilər.