Almaniyanın qərbində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 156-ya yüksəlib.
Arazmedia.az xəbər verir ki, bu barədə Bild nəşri məlumat yayıb. Bildirilib ki, Reynland-Pfalz əyalətində 110 nəfər həlak olub. Şimali Reyn-Vestfaliyada 45, Bavariyanın Berxtesqaden bölgəsində isə ən azı 1 ölüm qeydə alınıb.
Çərşənbə axşamı gecə yağan güclü yağışlardan sonra bu ərazilərdə yaşayış məntəqələri su basmağa başlayıb. Fəlakət körpülərin və yolların dağılmasına, elektrik xətlərinin qırılmasına səbəb olub.
Almaniyanın qərbində hərbi fəlakət rejimi elan edilib.