Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 38 nəfər ölüb.
Arazmedia.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
O bildirib ki, son 24 saatda 234 min 164 COVID-19 testi aparılıb ki, bunun da 7 min 666-sı müsbət çıxıb. Eyni zamanda, 5 min 490 xəstə sağalıb.