Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarını keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilmiş tədbirlərlə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin dövriyyəsində şübhəli bilinən, rayon sakinləri, əvvəllər məhkum edilmişlər Mahir Qocayev və Vahid Qədimov saxlanılıb.
M.Qocayevin üzərində aparılan baxış zamanı heroin, V.Qədimovun evindən isə 4 bükümdə heroin və metamfetamin aşkar edilərək maddi sübut kimi götürülüb.
Hər iki faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.